ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bir çiçək boylanır yol kənarından

Oxundu 158

Eyni açılmayır, sökülsə də dan,

Hər zaman yuxusuz, hər an oyaqdır,

Bir çiçək boylanır yol kənarından,

Solunca gözünü yummayacaqdır.

 

 

Xocalının qara yazı

Oxundu 162

Ayaz qarı haraylayıb,

Gözlətməyib qar ayazı,

Belə qara gəlməyib heç

Xocalının qara yazı.

 

 

Getmisən

Oxundu 204

Ayaq izlərinə dalğa baş çəkir,

Dəniz yoxluğuna inanmır amma,

Getdiyin yollara lalə göz dikir,

Nərgiz yoxluğuna inanmır amma.

 

 

İşin olmasın

Oxundu 187

Aman fələk, kənar gəz,

Bizlə işin olmasın,

Gözə girir iynələr,

Bizlə işin olmasın.

 

 

Sarıtelin

Oxundu 163

Mən olan tərəfə boylanmadı heç,

Asıldı köksündən daş sarıtelin,

Könlüm həsrətindən yandı-yaxıldı,

Düşmədi gözündən yaş sarıtelin.

 

 

Qocaldır hər sual məni

Oxundu 161

Yenə yuxarıda bərkidib külək,

Bir qədər aşağı çökməsəm, olmaz,

Daxmadır villalar əhatəsində,

Özüm öz evimi sökməsəm, olmaz.

 

 

Xoş gəldin dedi

Oxundu 172

Dünən qədəm qoydum Ağcayazıya,

Kənd miskin çağıma xoş gəldin dedi,

Kədərdən don geydi atamın səsi,

Sönən ocağıma xoş gəldin dedi.

 

 

Sənə bel bağladım

Oxundu 169

Sənə bel bağladım, belimi qırdın,

Heyf, bəslədiyim ümidə, heyf,

Bizi birləşdirən hər nə ki vardır,

Batacaq bu sərsəm gəmidə, heyf.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov