ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Xoş gəldin dedi

Oxundu: 139

Dünən qədəm qoydum Ağcayazıya,

Kənd miskin çağıma xoş gəldin dedi,

Kədərdən don geydi atamın səsi,

Sönən ocağıma xoş gəldin dedi.


Oğul istəyirəm, od vura, yanam,

Haqqım yox, özümü bir övlad sanam,

Xəzan güllərinə bənzədi anam,

Solan yanağıma xoş gəldin dedi.


Hanı cənnətməkan gördüyüm otaq,

İçində ömür-gün sürdüyüm otaq,

Qaraldı gözlərim, girdiyim otaq

Hisli çırağıma xoş gəldin dedi.


Lacivərd göylərin tutuldu rəngi,

Boz oldu, pozuldu ömrün ahəngi,

Boğazı qurumuş nənəm səhəngi

Batan bulağıma xoş gəldin dedi.


Çiçək budağında xarı göstərib,

Çinar yarpağını sarı göstərib,

Bozdağ ətəyində qarı göstərib,

“Qaynar” qucağıma xoş gəldin dedi.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov