Ayaq izlərinə dalğa baş çəkir, Dəniz yoxluğuna inanmır amma, Getdiyin yollara lalə göz dikir, Nərgiz yoxluğuna inanmır amma.
Ayrılıq günündən ötsə də ay, il, Könlüm o sevgini unudan deyil, Sözünlə bəzənib cilvələnir dil, Ağız yoxluğuna inanmır amma.
Getmisən, büsbütün dəyişib aləm, Dönüb o çağlara qayıda biləm, Sənin həsrətindən hey yazır qələm, Kağız yoxluğuna inanmır amma. |