ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Qocaldır hər sual məni

Oxundu: 188

Yenə yuxarıda bərkidib külək,

Bir qədər aşağı çökməsəm, olmaz,

Daxmadır villalar əhatəsində,

Özüm öz evimi sökməsəm, olmaz.


Bu nə yoldu, başdan öndədir qarın,

Hardan peyda oldu bu qədər harın,

Göyü silkələyib, qudurğanların

Ulduzu başına tökməsəm, olmaz.


Buraxmır yaxına yamac-yal məni,

Min dəfə qocaldır hər sual məni,

Nə yorğan isidir, nə adyal məni,

Torpağı üstümə çəkməsəm, olmaz.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov