ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Xocalının qara yazı

Oxundu: 195

Ayaz qarı haraylayıb,

Gözlətməyib qar ayazı,

Belə qara gəlməyib heç

Xocalının qara yazı.


İlk baharın gül nəfəsi

Yamaclara dəyən vaxtı,

Burda qəfil solub güllər,

Ərzin çiçəkləyən vaxtı.


Göydən yerə qar üstünə

Mələklərmi səpələnmiş,

Bu səhnəni görən haqqın

Qəlb aynası qəlpələnmiş.


Göy gölə boylanan dağlar

Qan gölündə boğulubdur,

Gecə insan dəstəsinə

Canavarmı soxulubdur?!


Ərşə qalxır körpə səsi,

Kirimir, Allah, kirimir,

Bu dağda bir haray donub,

Buz əriyir, o ərimir.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov