ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sənə bel bağladım

Oxundu: 141

Sənə bel bağladım, belimi qırdın,

Heyf, bəslədiyim ümidə, heyf,

Bizi birləşdirən hər nə ki vardır,

Batacaq bu sərsəm gəmidə, heyf.


Durub ağlayımmı mən zülm-zülm,

Yanında bircə yol gülmədim sənin,

Nəğməni oxuya bilsəm də, gülüm,

Qəlbini oxuya bilmədim sənin.


“Tabla” qısmətimi, “döz” taleyimi

Sönüb nurlandıran zəif şam, demə,

Mən öz yığvalımı, öz taleyimi,

Sıfır məkanında qurmuşam, demə.


Sübut et, arxadan vurmadığını,

Kölgə tək günorta yox olmalıydım,

Sözünün üstündə durmadığını,

Gözünün içindən oxumalıydım.


...Sənə bel bağladım, belimi qırdın,

Heyf, bəslədiyim ümidə heyf,

Bizi birləşdirən hər nə ki vardır,

Batacaq bu sərsəm gəmidə, heyf.





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov