ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

İşin olmasın

Oxundu: 187

Aman fələk, kənar gəz,

Bizlə işin olmasın,

Gözə girir iynələr,

Bizlə işin olmasın.


Kim deyir dərdi unut,

Ya qan uddur, ya qan ud,

Əyrilərə divan tut,

Düzlə işin olmasın.


Ay çöhrələr nəqqaşı,

Yanaqlardan sil yaşı,

Elə düzəlt ki qaşı,

Gözlə işin olmasın.


Başdan-başa xatasan,

Atma bizi oda sən,

Bax, bu astar, bu da sən,

Üzlə işin olmasın.


Şimal-cənub cəhətmi,

Nə ölçümü, nə hədmi,

Başına yol qəhətmi,

İzlə işin olmasın.


Hökmün bircə hovurdu,

Qurbanını qovurdun,

Külü göyə sovurdun,

Közlə işin olmasın.


Əs Mirdamət, əs indi,

Təngiyən nəfəsindi,

Altmışa çat, bəsindi,

Yüzlə işin olmasın.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov