ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

YOX, AÇA BİLMƏRƏM...

Oxundu 116

Yox, aça bilmərəm bu məktubu mən,

Bu məktub bir sual işarəsidir,

Həsrətdən toxunub ya ilmə-ilmə,

Ya da bir vüsalın nişanəsidir.

 

 

HƏSRƏTƏ BİR ADDIM

Oxundu 139

Yurdu viranədir o duyğuların,

Bir ümid bitirməz min ahım mənim,

Gözümün yaşıyla çətin yuyula,

Çətin bağışlana günahım mənim.

 

 

HEYKƏLƏ DÖNƏRƏM.

Oxundu 111

Sən canın, mənimlə rastlaşma bir də,

Vallah bu gözəllik məni əridər,

Heykələ dönərəm durduğum yerdə,

Artar bu şəhərin bir heykəli də!

 

 

YAXŞI Kİ, SEVƏNLƏR ÇOXDUR DÜNYADA

Oxundu 147

Ayrılıq ölümlə sərhəd deyildir,

Sənin məhəbbətin son hədd deyildir,

Sevginin gözləri toxdur dünyada,

Dünya sevənlərə möhtac deyildir,

Yaxşı ki, sevənlər çoxdur dünyada.

 

 

DAHA GİLEYLƏNMƏ ÖZ TALEYİNDƏN

Oxundu 130

Həsrətin aydımı, ildimi sənin,

Çəkdiyini aləm bildimi sənin,

Bəxtin çiçəkdimi, güldümü sənin,

Daha gileylənmə öz taleyindən.

 

 

MƏNİM ÜRƏYİMDƏ BİTƏN ÇİÇƏKLƏR

Oxundu 147

Qışda da, yazda da boy ata bilər

Mənim ürəyimdə bitən çiçəklər,

Müqəddəs duyğular oyada bilər

Mənim ürəyimdə bitən çiçəklər.

 

 

SƏN HARDAN BİLƏSƏN MƏHƏBBƏT NƏDİR

Oxundu 125

Bilmirəm xəyalmı, həqiqətmi bu,

Oyun çıxarırsan sən bilə-bilə,

Qəlbinə dolmamış sevgi duyğusu,

Eviniz dolubdur elçilər ilə.

 

 

O KÜÇƏNİN İZLƏRİ...

Oxundu 117

Bir soyuq baxışdan donanada qəlbim

Gözündən od-alov götürərdim mən,

Səni səndən gizli, hamıdan gizli,

Qaldığın evəcən ötürərdim mən.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov