ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏNİM ÜRƏYİMDƏ BİTƏN ÇİÇƏKLƏR

Oxundu: 179

Qışda da, yazda da boy ata bilər

Mənim ürəyimdə bitən çiçəklər,

Müqəddəs duyğular oyada bilər

Mənim ürəyimdə bitən çiçəklər.


Əsil səadəti gözləmək - hünər,

Lal-dinməz sandığın duyğular dinər,

Naşı əl uzatsa, tikana dönər

Mənim ürəyimdə bitən çiçəklər.


Yanma bənövşəyə, bənövşə nədir,

Novruz gülləri də bir əfsanədir,

Bütün çüçəklərdən tez solub gedir

Mənim ürəyimdə bitən çiçəklər.


Hisslərin ulusu sevgi hissidir,

Qəlbimi bir körpə duyğu isidir,

Ömür baharımın müjdəçisidir

Mənim ürəyimdə bitən çiçəklər.


İllər gətirmirmi yaş üsdünə yaş,

Anla istəyimi, ey ürəyi daş,

Sənin əllərinlə diriləydi kaş

Mənim ürəyimdə bitən çiçəklər.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov