ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

HƏSRƏTƏ BİR ADDIM

Oxundu: 163

Yurdu viranədir o duyğuların,

Bir ümid bitirməz min ahım mənim,

Gözümün yaşıyla çətin yuyula,

Çətin bağışlana günahım mənim.


Yolun harayadır, indi haraya,

Hay ver ürəyimdən qopan haraya,

Mən sənə güvənib gəldim dünyaya,

Yadından çıxıbmı, pənahım mənim.


Gözün baxışdıqca ağlar gözümlə,

Dərdim sel-sel olub axar üzümlə,

Könlün qalasını aldım sözümlə,

Bildinmi, eşqimdir silahım mənim.


Əzizəm, səninlə bəxtiyaram mən,

Sən olan yerlərdə yalnız varam mən,

Canımı gecəyə tapşıraram mən,

Sənsiz açılarsa sabahım mənim.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov