ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

YOX, AÇA BİLMƏRƏM...

Oxundu: 177

Yox, aça bilmərəm bu məktubu mən,

Bu məktub bir sual işarəsidir,

Həsrətdən toxunub ya ilmə-ilmə,

Ya da bir vüsalın nişanəsidir.


Bu zərf mayasını sevgidən tutub,

Ya nifrət bükülüb qan bələnibdir,

Yüz əldən keçibdir bu adi məktub,

Mənim əllərimdə sehirlənibdir.


Yoxsa salasıdır buludlar kimi

Ömrümün üzünə kölgə bu məktub,

Mənim taleyimin, məhəbbətimin

Alın yazısıdır bəlkə bu məktub?!


Niyə eşqimizə göz dəydi, niyə

Məndən əzab umdu, göz yaşı umdu,

Bəlkə də adını çəkməyim deyə

Mənə göndərdiyi ultimatumdu?!


Ya burdan o yana ömür-gün qışdır,

Ya da həyatımın baharı budur,

Bu məktub sevgiyə bir çağırışdır,

Ya da bir sevginin nekroloqudur.


Yox, aça bilmərəm bu məktubu mən...


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov