ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DAHA GİLEYLƏNMƏ ÖZ TALEYİNDƏN

Oxundu: 159

Həsrətin aydımı, ildimi sənin,

Çəkdiyini aləm bildimi sənin,

Bəxtin çiçəkdimi, güldümü sənin,

Daha gileylənmə öz taleyindən.


Yazın rayihəli havası gəldi,

Dərdinin dərmanı, davası gəldi,

Ömrünə qaranquş yuvası gəldi-

Daha gileylənmə öz taleyindən.


Gözün aydın olsun, gözümün nuru,

Bəxtin aydan arı, sulardan duru,

Öndə yaşamalı günlərin durur,

Daha gileylənmə öz taleyindən.


Qəlbini qərq edən zülməti devir,

Əlini mənim də başıma çevir,

Sən onu sevirsən, o səni sevir,

Daha gileylənmə öz taleyindən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov