Nə yaman sıxlaşıb ömrümün çəni,
Nə yaman korşalıb yaddaşım, yadım,
Bir vaxt ilk baxışdan sevmişdim səni,
İndi ilk baxışdan tanıyammadım.
Şöhrət fişəngində şanın nur saçıb,
Lütf edib, suçuna bir baxarmısan,
Sevdiyin gözələ telefon açıb,
Adsız yüksəklikdə ad çıxarmısan.
Daha xəlbirimdir göydə fırlanan,
Çoxdan ələnibdir ələyim mənim,
Yarımçıq qalıbdır qu nəğmələrim,
Düşübdür əlimdən lələyim mənim.
Ürəyimə qida verir,
Nuşdu bu gözlərə baxmaq,
Bəxtiyaram ki, bəxtimə
Düşdü bu gözlərə baxmaq.
Çıxar sərin sahilinə gündüzün,
Qəlb kövrələr, zövq incələr gecələr,
Açıq qalar könüllərin qapısı,
Şeir gələr, nəğmə gələr gecələr.
Bilmək istəsən kiməm,
Buyur, qəlbimi dindir,
Məni kobudlaşdıran
Sənin zərifliyindir.
Xoşdu mənə, çək sinəmə dağları,
Kəpəzindən, Murovundan yoxdu, yox,
İsti yayı döndərirsən sərt qışa,
Baxışının qırovundan yoxdu, yox.
Sığal çəkdim ürkək-ürkək,
Saçların gül qoxdu mənə,
Kinayəli nə söyləsən,
Bir sancılan oxdu mənə.