ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Gərək bu məclisə gəlməyəydim mən.

Oxundu: 181

Nə yaman sıxlaşıb ömrümün çəni,

Nə yaman korşalıb yaddaşım, yadım,

Bir vaxt ilk baxışdan sevmişdim səni,

İndi ilk baxışdan tanıyammadım.


İntizar sıradan çıxarıb, yoxsa

Dərd edam eyləyib, qəm asıb səni,

Saçların belə tez ağarıb, yoxsa

Ömür yollarında toz basıb səni?!


Çıxdı xatirələr qılınc tək qından,

Dünənə aparan yollar yağırdır,

Dərdə bax, o vaxtın ayrılığından

İndinin görüşü daha ağırdır.


Dünyanın xoşbəxti onda biz idik,

Nə odum qalıbdı, indi nə külüm,

Bir zaman dünyada ikimiz idik,

İndi nə sən varsan, nə də mən, gülüm.


Özüm inanmaram, yuxum çin çıxsa,

Ürəyim ümiddən-ümidə səkir,

Bir vaxt gözmuncuğu axtarırdıqsa,

İndi zaman bizə gözdağı çəkir.


Bağışla, qəddini bir az da əydim,

Özümə gəlmərəm bu təsadüfdən,

Gərək bu təklifi eşitməyəydim,

Gərək bu məclisə gəlməyəydim mən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov