ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mələyim mənim

Oxundu: 236

Daha xəlbirimdir göydə fırlanan,

Çoxdan ələnibdir ələyim mənim,

Yarımçıq qalıbdır qu nəğmələrim,

Düşübdür əlimdən lələyim mənim.


İndi hər xatirə bir sübut kimi,

Sükut görməmişəm bu sükut kimi,

Ömürdən günləri tökür tut kimi,

Əsir fırtınalı küləyim mənim.


Başımın üstünü tez aldırırsan,

Bir isti, bir ufaq yer saldırırsan,

Fələk məni yıxır, sən qaldırırsan,

Fələkdən qüdrətli mələyim mənim.





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Mart 2026    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov