ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bilmək istəsən kiməm...

Oxundu: 209

Bilmək istəsən kiməm,

Buyur, qəlbimi dindir,

Məni kobudlaşdıran

Sənin zərifliyindir.


Ayrılmasın yolumuz,

Məndən bəsinmə hədər,

Gözəlliyin önündə

Eybəcərəm bu qədər.


Gözünü yummursan ki,

Hərdən yuxuna girəm,

Kipriyinin ucunda

Səfil-səfil gəzirəm.


Sən inam üzərində,

Mən şübhələr içində,

Belə bərqərar olduq

Bu dünyanın köçündə.


Sən bir həqiqət rəmzi,

Mən bir xəyal kimiyəm,

Kəlamların önündə

Əbədi lal kimiyəm.


Gözlərim hər kitabdan

Bir sanballı söz dərir,

Sənin səmimiyyətin

Məni saxta göstərir.


Mənə pay göndəribdir

Dərdi-qəmi Yaradan,

Səni liman xəlq edib,

Məni gəmi yaradan.


Sal qayasan, qarşında

Dibsiz dərə kimiyəm.

Sən bir tarın mizrabı,

Mən də sarı simiyəm.


Canım canından canlı,

Boyum boyundan hündür,

Məni kiçik göstərən

Sənin böyüklüyündür.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov