ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Ürəklə danış

Oxundu: 195

Şöhrət fişəngində şanın nur saçıb,

Lütf edib, suçuna bir baxarmısan,

Sevdiyin gözələ telefon açıb,

Adsız yüksəklikdə ad çıxarmısan.


Bu nə əhvalatdır, danış görüm bir,

Duyuram, qəlbini həsrət yandırır,

O sevgi gözünün nur mənbəyidir,

Gecələr sərhədi işıqlandırır.


Bir bax, komandirin səsi nə titrək,

Qəzəbə köklənib könlünün simi,

Deyir, sərhədin də keşiyini çək,

O qızın nazını çəkdiyin kimi.


Nüfuz qazanılır alın təriylə,

Məhəbbət sönəndə həyat da sönür,

Vətən müqəddəsdir sevgiləriylə,

Sevgisiz məmləkət qürbətə dönür.


Yüz əsgər könlündə min büsat qurdun,

Əməl, əməl olur, tutsa yerini,

Bir gözəl eşqinə qorunan yurdun

Bir el basa bilməz sərhədlərini.


Gedib o zabitə söyləyəkmi biz,

Məhəbbət qəlblərə cəsarət çilər,

Sevən baxışlarla sərhədlərimiz

Daha etibarlı qoruna bilər.


Baxıram çöhrəndə saralan gülə,

Kim deyir, gözlərin dolmayır, əsgər,

Sevgilər hüdudsuz olsa da belə,

Vətənlər sərhədsiz olmayır, əsgər.


Köksündə sevgidən bir imarət qur,

Dondura bilərmi söz məhəbbəti,

Sərhədi yağıdan əsgər qoruyur,

Əsgəri soyuqdan öz məhəbbəti.


Sərhədçi mərd olsa, hünərvər olsa,

Tutar millətimin arzuları bar,

Sevgilər nə qədər mötəbər olsa,

Sərhədlər o qədər keçilməz olar.


Tarix nəsillərin tükənməzliyi,

Hər kəs doğulduğu torpaq kimidir,

Nə xoşdur paklığı, müqəddəsliyi,

Vətən başımızda papaq kimidir.


Nə inlə həsrətdən, nə də ki sızla,

Çalış qınamasın səni dost-tanış,

Bir də danışası olsan o qızla,

Telefonla deyil, ürəklə danış!





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyul 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov