ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Bu gözlər Cəmşidin camı

Oxundu: 213

Ürəyimə qida verir,

Nuşdu bu gözlərə baxmaq,

Bəxtiyaram ki, bəxtimə

Düşdü bu gözlərə baxmaq.


Mərhəmətlə dola-dola,

Dikildikcə sağa-sola,

Cənnətə yollanan yola

Tuşdu bu gözlərə baxmaq.


Sehrmi, sirri-xudamı,

Uzaqdan çəkir adamı,

Bu gözlər Cəmşidin camı,

Borcdur bu gözlərə baxmaq.


Artdıqca sanbalı hər an,

Açıqdır qandalı hər an,

Naz satıb can alır hər an,

Xərcdir bu gözlərə baxmaq.


Bəzən gen düşdüm özümdən,

Dillərdə əzbər sözümdən,

Bəbəyi çıxmış gözümdən

Qaçdı bu gözlərə baxmaq.


Bənzəri var aya, günə,

Qürub edir sönə-sönə,

Öpülmürsə dönə-dönə,

Heçdir bu gözlərə baxmaq.


Əzizəm, dinmərəm hədər,

Çəkilsin könlümdən kədər,

Bu gözlərdən baxmaq qədər

Xoşdur bu gözlərə baxmaq.





 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov