ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

QARLI QIŞ GÜNÜN SERENADASI

Oxundu 218

Quşlar dən axtarır, nigaranam mən,

Bəlkə tapmadılar, elə qorxuram,

Ağ kağız üstündə boz kəlmələrdən

Sərçə civiltisi gələ, qorxuram.

 

 

ƏLİL OLMUSAN

Oxundu 192

Mən elə bilirdim döyüşdə səni

Yağılar vuranda əlil olmusan,

Sən demə, həyatın sərt küləkləri

Səni qovuranda əlil olmusan.

 

 

DÖNMƏYİR QIZILA QIZLAR

Oxundu 212

Qovuşa ömrünün xoş anlarına,

Sirli yuxular tək yozula qızlar,

Əyləşə gəlinlik maşınlarına,

Yolların ağına düzülə qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.

 

 

BU YOL AYRICINDA BİR İŞIQFOR QIZ

Oxundu 161

Bu yol ayrıcında bir işıqfor qız

Yaman nizamlayır gediş-gəlişi,

Gözləri qamaşır piyadaların,

Bu qız bu küçənin sevgi günəşi!

 

 

BULUD

Oxundu 194

İlişib qalmısan səhərdən bəri,

Axa da bilmirsən buludlar kimi,

De, hansı dəryadan buxarlanmısan,

Yağa da bilmirsən buludlar kimi.

 

 

SƏNİNDİR MİRDAMƏT ƏZİZ

Oxundu 236

Yolun işıqsa, yolun dan,

Keçər ölümdən, olumdan.

Vaxtında tutsan qolundan,

Sənindir Mirdamət Əziz.

 

 

AĞDAŞIM

Oxundu 185

Sən necə ətirli, təravətlisən,

Ay mənim çiçəyim, gülüm- Ağdaşım.

Dostuna, yarına sədaqətlisən,

Qonağa "gəl" deyən dilim- Ağdaşım.

 

 

ŞAİR

Oxundu 193

Dilindən dəftərə yıxılır sözün,

Dəftəri örtürsən, yox olur sözün,

Məclisə çıxmağa sıxılır sözün,

Şeri mürəkkəbdə boğulan şair.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov