ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BU YOL AYRICINDA BİR İŞIQFOR QIZ

Oxundu: 118

Bu yol ayrıcında bir işıqfor qız

Yaman nizamlayır gediş-gəlişi,

Gözləri qamaşır piyadaların,

Bu qız bu küçənin sevgi günəşi!


Bu yol ayrıcında bir işıqfor qız,

Alma gözəlliyi necə göz dərir,

Özünü itirmiş polis işçisi

Çaşıb sağ yerinə solu göstərir.


Bu yol ayrıcında bir işıqfor qız,

Üzündə qayğılar sürünür onun,

Gözünün işığı kiminə yaşıl,

Kiminə qırmızı görünür onun.


Bu yol ayrıcında bir işıqfor qız,

Demirəm hamını yolundan edir,

Bu qıza çatanda yol ötənlərin

Kimisi dayanır, kimisi gedir.


Bu yol ayrıcında bir işıqfor qız

Hansı bəxtəvərin ömrünə paydı,

Burdan etinasız ötənlər evli,

Ayaq saxlayanlar hələ subaydı.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov