ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SƏNİNDİR MİRDAMƏT ƏZİZ

Oxundu: 173

Yolun işıqsa, yolun dan,

Keçər ölümdən, olumdan.

Vaxtında tutsan qolundan,

Sənindir Mirdamət Əziz.


Ehtiyac yaxanda səni,

Ağladar soğan da səni,

Göz yaşın boğanda səni,

Gəmindir Mirdamət Əziz.


Çiynində daşıdı yeri,

Ruhunun yaşıdı yeri,

Dağların başıdı yeri,

Çənindir Mirdamət Əziz.


Sehrinə qəlbin əsirsə,

Öyrən, bu sevgi nə sirsə,

Biçginən ağlın kəsirsə,

Zəmindir Mirdamət Əziz.


Şer oxuna-oxuna,

Dönər millətin ruhuna,

Oxu ki, qəflət yuxuna

Qənimdir Mirdamət Əziz.


Dərd yükü daşıyan elim,

Yaşadan, yaşayan elim,

Sünbülə oxşayan elim- 

Dənindir Mirdamət Əziz.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov