ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ŞAİR

Oxundu: 173

Dilindən dəftərə yıxılır sözün,

Dəftəri örtürsən, yox olur sözün,

Məclisə çıxmağa sıxılır sözün,

Şeri mürəkkəbdə boğulan şair.


Sənin tək çox yerdə çoxu at çapar,

Sənətdə itirər, sərvətdə tapar,

Dur, ilham pərini həkimə apar,

Əsərləri ölü doğulan şair.


Nə Alıya üz vur, nə Ələsgərə,

Alma vaxtımızı gəl əbəs yerə,

Qələmi atmağa di tələs görək,

Nə verər ac xalqa tox olan şair?!


Görürsən cücərmir, sözü dərin ək,

Hər fikrin başına sığal, tumar çək,

Hələ ölməmişdən bir cənazə tək

Misralar çiyninə yıxılan şair.


Neyləyim, hövsələ qalmayır məndə,

Nadanın kirpiyi sözü döyəndə,

Toxumluq şairlər gözə dəyəndə

Çən kimi sürünüb yox olan şair.


Harayın az qalır buluda dəyə,

Niyə qışqırırsan, ay bala, niyə,

Aman ver söz deyib, söz eşitməyə,

Ay səsi sözündən çox olan şair.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov