ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DÖNMƏYİR QIZILA QIZLAR

Oxundu: 199

Qovuşa ömrünün xoş anlarına,

Sirli yuxular tək yozula qızlar,

Əyləşə gəlinlik maşınlarına,

Yolların ağına düzülə qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


Aranda qış günü, yaylaqda yayda,

Ömrü keçirəsən mağarda, toyda,

Qızıl yatırdasa, ondan nə fayda,

Hərəsi bir bəxtə yazıla qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


Mürgülü gözəlin bəxti də yatar,

Saysan, hər Əsliyə bir Kərəm çatar,

Sevgi hər ürəkdə bir ocaq çatar,

Yetər od-alovu yüz ilə, qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


Elə bax, özünü itirsin oğlan,

Qəlbində məhəbbət bitirsin oğlan,

Səni gizli-gizli ötürsün oğlan,

Baxsınlar üzülə-üzülə qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


Toy günü nə kövrək əhvaldasınız,

Səadət adlanan bir yoldasınız,

Hərəniz bir saray ucaldasınız,

Eşqiniz çevrilə özülə, qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


Qızlar tapınmaya yalqız ömrünə,

Ömrünü çevirə ulduz ömrünə,

Hər toy xitam verə bir qız ömrünə,

Toylardan-toylara azala qızlar-

Qaldıqca dönməyir qızıla qızlar.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov