Sən necə ətirli, təravətlisən, Ay mənim çiçəyim, gülüm- Ağdaşım. Dostuna, yarına sədaqətlisən, Qonağa "gəl" deyən dilim- Ağdaşım.
Zeynəblə Anası - iki qəhrəman, Farizin, Səmədin doğma yurdusan, Atlını atından salan ordusan, Namuslu, qeyrətli elim- Ağdaşım.
Hara baxıramsa, ocaqdı, pirdi Surxay qalasında kim həyat sürdü, Bir yanın Türyançay, bir yanın Kürdü, Sularda daranan telim- Ağdaşım.
Hər dildə-ağızda söhbətin vardır, Dünyanı dolaşan şöhrətin vardır, Habilin, Bəkirin, Fikrətin vardır, Hansını gətirib gəlim, Ağdaşım?!
Gəzməyə çıxaram çölü-çəməni, İsmətli qızların salamlar məni, Mirdamət Əzizəm, sənin nəğməni Yazmasam quruyar əlim, Ağdaşım! |