ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mənim taleyimin iki üzü var

Oxundu 186

Ömrün zirvəsindən qanrılıb baxdım,

Andım o günləri, susub, kiridim:

Anamın əlindən yapışıb qalxdım,

Yarın əllərindən tutub yeridim.

 

 

Rəğbətim olmazdı...

Oxundu 152

Bənövşə sayağı tez solub gedir,

Əriyir günəşin gözündə fağır-

Arana düşən qar məhv olub gedir,

Qarın bəxtəvəri dağlara yağır.

 

 

Kəhkəşan yoludur yolu Tanrının

Oxundu 178

Qalxsana, yuxuna noğulmu yağır,

Ov, başı üstünü aldıranındır,

Tez yatıb gec duran nə bilsin axı,

Səadət gec yatıb tez duranındır.

 

 

Eləyəsən

Oxundu 147

Bu gidi dünyanın faniliyini

Gərək dönə-dönə dərk eləyəsən,

Sınayıb, sınaqdan çıxarmadığın

Kimsəyə nəbadə ərk eləyəsən.

 

 

BƏHANƏDİ

Oxundu 171

Yarımçıq yarıdan qayıdar yolu,

Araz bəhanədi, Kür bəhanədi,

Yersiz hökm eyləyər, yerli ram olar,

Güc gücə bağlıdır, yer bəhanədir.

 

 

DAHA CİNGİLDƏMƏZ SAĞ QULAĞIMIZ

Oxundu 166

Sağ qulağın cingildəyirsə xeyrinə danışırlar. (İnanclardan.)


Kimin qapısını kim xeyrə açar,

Oğulsan addım at, kişisən ucal,

Qeybətlə açırsa ağzını açan,

Daha cingildəməz sağ qulağımız.

 

 

SAZ

Oxundu 170

Beşiyim başımda laylamı çalıb,

Əslimə qaytarar bir də saz məni,

Dost-düşmən yanında xəcil eyləməz,

Yaşadar xeyirdə, şərdə saz məni.

 

 

XEYİR-DUA

Oxundu 165

Daha bərkiyibdir qanadlarınız,

Uçuş məqamıdır, uçmalısınız,

Çəkib gətirmişik bu qapıyacan,

Burdan da özünüz keçməlisiniz.

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov