ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Kəhkəşan yoludur yolu Tanrının

Oxundu: 178

Qalxsana, yuxuna noğulmu yağır,

Ov, başı üstünü aldıranındır,

Tez yatıb gec duran nə bilsin axı,

Səadət gec yatıb tez duranındır.


Dağ kimi gözümdə çən oyanmasam,

Qoşduğum nəğməni yurda kim yayar,

Səhər açılınca mən oyanmasam,

Üfüqdə günəşi kim salamlayar?!


Qiblədən əsinti gətirən yelə

Üzümü çevirib düz dayanıram,

Axşamlar  günəşdən gec yatsam belə,

Səhərlər ülkərdən tez oyanıram.


Incə rübabımla gəlirəm dilə,

Məni görməyəndə qövr edir günəş,

Gündüzlər gözümdə dolansa belə,

Gecələr könlümdə dövr edir günəş.


Üfüqdən göz vurur mənə hər səhər,

El-aləm bilir ki, günəşpərəstəm,

Ani qığılcımım alova dönər,

Sağ qalan sonuncu atəşpərəstəm.


Parlayan şeh deyil güldə-gülşəndə,

Gözümdən çəmənə yaş düşür mənim,

Məni qınamayın, axşam düşəndə

Elə bil başıma daş düşür mənim.


Kəhkəşan yoludur yolu Tanrının,

Gözlərim günəşin ağ telindədir,

Ömrümü uzatmaq ulu Tanrının,

Günümü uzatmaq öz əlimdədir.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov