ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mənim taleyimin iki üzü var

Oxundu: 123

Ömrün zirvəsindən qanrılıb baxdım,

Andım o günləri, susub, kiridim:

Anamın əlindən yapışıb qalxdım,

Yarın əllərindən tutub yeridim.


Ömrümün körpəlik dövrünə vardım,

Səksənib ayıldım hər gələn səsə,

Ana laylasına yatıb-durardım,

Əbədi yataram, yar ağı desə.


Al-əlvan boyanır uşaqlıq dünyam,

Orda maraqların min sirri vardır,

Ömrün dan yerinin ülkəri anam,

Qürub çağlarının günəşi yardır.


Kövrək xatirələr sətir-sətirdir,

Yadıma düşəni yazıram, qalsın,

Məni bu dünyaya anam gətirdi,

Məni o dünyaya yar yola salsın.


Ömrümə qış gəlir, könlümə bahar,

Duysun duymayanlar bu həqiqəti:

Mənim taleyimin iki üzü var-

Ana məhəbbəti, yar məhəbbəti.


 



 

 

 

#1 написал: admin (7 Fevral 2019 10:55)

Зарегистрирован: 27.12.2018   |   ICQ: {icq}   |  


Группа: Администраторы
Публикаций: 19
Комментариев: 2
dvdvvddvd d d ggd gdgd gd g
 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov