ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Rəğbətim olmazdı...

Oxundu: 103

Bənövşə sayağı tez solub gedir,

Əriyir günəşin gözündə fağır-

Arana düşən qar məhv olub gedir,

Qarın bəxtəvəri dağlara yağır.


Budağa ilişmiş ağ səmənidir,

Dönür bərq vuranda səma zərinə,

Qar da qış fəslinin öz çəmənidir,

Sərilir xalı tək yer üzərinə.


Duyan könüllərə min ilham verən

Nəğmə oxuyurmu dodaqlarıyla,

Qar üstə qaçışan körpələr görən

Şeirmi yazırlar ayaqlarıyla?!


Həyəti-bacanı qar-çovğun alır,

Titrəyir xəzəllər dodağım kimi,

Ayaq izlərimin yeri boş qalır,

Bir vaxt boş qalası papağım kimi.


Yoxuşun bir az da beli dikəlir,

Qış - əli ruzili qonaq sayağı,

Qar qara buluddan ayrılıb gəlir,

Zülmətdən sıyrılan sabah sayağı.


Bəyazlıq hər kəsin ürəyincədir,

Meh kimi ruhlara toxunub gedir,

Qarın ağalığı əriyincədir,

Elə ki, gün çıxır, yox olub gedir.


Tez yağsın, verməsin ara bu qədər,

Bir də görəcəyik bahardı, yaydı,

Rəğbətim olmazdı qara bu qədər,

Torpağın üzünü ağartmasaydı.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov