ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DAHA CİNGİLDƏMƏZ SAĞ QULAĞIMIZ

Oxundu: 167

Sağ qulağın cingildəyirsə xeyrinə danışırlar. (İnanclardan.)


Kimin qapısını kim xeyrə açar,

Oğulsan addım at, kişisən ucal,

Qeybətlə açırsa ağzını açan,

Daha cingildəməz sağ qulağımız.


Hardan əxz etmişik bir belə kini,

İftira uydurmaq kişilikdimi,

Zəngi susdurulmuş telefon kimi,

Daha cingildəməz sağ qulağımız.


Aşkarda quzuya çevrilən "yazıq",

Xəlvətdə dərimi soymağa hazır,

Yetən şər danışır, yetən şər yazır,

Daha cingildəməz sağ qulağımız.


Böhtan başımızı kəsir, desək də,

Şeytan içimizdə gəzir, desək də,

Sədəqə paylayıb, nəzir desək də,

Daha cingildəməz sağ qulağımız.


Dönüb dilimizdə qarışqa filə,

Qara körükçüyük fitnəyə, felə,

Yuyucu barmağı girsə də belə,

Daha cingildəməz sağ qulağımız.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov