ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

XEYİR-DUA

Oxundu: 194

Daha bərkiyibdir qanadlarınız,

Uçuş məqamıdır, uçmalısınız,

Çəkib gətirmişik bu qapıyacan,

Burdan da özünüz keçməlisiniz.


Ya zəfər sevinci, ya uzaq olsun,

Kədər əlinizi sıxacaq sizin,

İllərlə yuxususz gecələriniz,

Bu gün aydınlığa çıxacaq sizin.


Bir az da səbr edin, təmkinli olun,

Bezib söylənməyin: nə uzun çəkdi,

Sizin bu tərcüman qüdrətinizlə

Güman həqiqətə çevriləcəkdir.


Şahmat meydanıdır həyat yolları,

Adam uduzanda yol uzaq olur,

Udmaq bir şərəfdir, unutmayın ki,

Udanda zənci də üzüağ olur!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov