ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Mənə ad günümdə iki gül verin

Oxundu: 242

Bu gün ad günümdür, doğum günümdür,

Şükür yaradana, neçə ki sağam,

İldə bir günüm var...ikincisini

Dünyadan köçəndə qazanacağam.


Ömür əmanətdir, biz əmanətçi,

Bu yükü şərəflə daşıya bilsək,

Həyat da, ölüm də Allahdan gəlir,

Yaşamaq bizlikdir, yaşaya bilsək.


Haqqa yaxın olun, diqqət yetirin,

Deyilən hər adi kəlməyə, dostlar,

Qorxuram, şənimə səslənən tərif

Tanrının xoşuna gəlməyə, dostlar.


Bir-bir sözünüzü kəsməyim günah,

Köksüm dağılsa da, kiriyirəm mən,

Elə bil dönmüşəm qar adamlara,

Diqqət mərkəzində əriyirəm mən.


Əl bizdən, a dostlar, ətək Tanrıdan,

Onun əlindədir ixtiyarımız,

Dünyaya gəlmək yox, gətirmək hünər,

Sağ olsun, var olsun analarımız.


Qara saçımıza dən səpə-səpə,

Ömür qatarında illər ötüşür,

Ad günü təbriki, hədiyyəsi də

Vallah, mənə düşmür, anama düşür.


Qoy gedim, sarılım məzar daşına,

Həsrətin-hicranın gözünü oyum,

Mənə ad günümdə iki gül verin,

Anamın məzarı üstünə qoyum.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    May 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov