ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Səni bu təzadlar çətin isidə

Oxundu: 102

Günlərin pozulmuş nədən düzümü,

Ey könül, bu sirrin arxasınca düş,

Oğul varlığının günəş üzünü

Ata yoxluğunun buludu örtmüş.

Müəllif.


Burda tort ətri var, orda aş iyi,

Min il düşünsək də, duymazdıq yenə,

Sənin doğum günün ev sahibliyi

Edəcək atanın ölüm gününə.


O qapı qürubsa, bu qapı dandır,

Ora qara bağla, bura qırmızı,

Ömür təqviminə xeyli zamandır

Bir gün həkk olunub, qara-qırmızı.


Varmı bu qəbildən ehtiyat günün,

Bəlkə bu, Tanrıdan dərs olunubdur,

Günahsız olsa da, sənin ad günün

Əcəlin hökmüylə həbs olunubdur.


Təbəssüm üzdədir, qüssə dərində,

Fələk dinc dayanmır, min hiylə qurur,

Səni doğum günü təbriklərində

Odlu sözlərin də şaxtası vurur.


Canın üzülsə də sitəm içində,

Atasan, ataya mərhəmət göstər,

Onun övladları dərd-qəm içində,

Sənin balaların sevinmək istər.


Üzündən oxunur ürəyindəki,

Səni bu təzadlar çətin isidə,

Gərək sağ olasan, var olasan ki,

Yaşaya atanın xatirəsi də.


Gətir göz önünə ötən günləri,

Ürəyi qubarlı, beli bükülü

Sənin ad gününün o vaxtdan bəri

Bir gözü ağlayır, bir gözü gülür.


Dəyməsin xətrinə ulularımın,

Nələr çəkdiyini duyuram, qardaş,

Mənim ölüm günüm balalarımın

Doğum günlərinə düşməyəydi kaş!




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov