ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

AĞSAQQAL

Oxundu: 127

Haqqına ucaldı, haqqa baş əydi,

Alqışlar qazandı ərməğan kimi,

Nəfsini vaxtında öldürməsəydi,

Yaşaya bilməzdi bir insan kimi.


“Əl tutmaq Əlidən qalıbdır”-deyə

Gözləməz kimsədən qarşılıq, əvəz,

Dünya dağılsa da, haram tikəyə,

Halal çörəyini o qurban verməz.


İnsan məftunudu, sevgi əsiri,

Yaxın buraxmayıb nifrəti, kini,

Məzar tək qoynunda gizlədib sirri,

Bəyan etməyibdir başdaşı kimi.


Gizlində inciyib, gizlində küsüb,

Qəlyana boşaldıb ürəyini o,

Çox süfrə başında çox çörək kəsib,

Kəsməyib kiminsə çörəyini o.


Ümid çiçəkləri qara bitsə də,

Qoymaz ürəyini ala duman-çən,

Hara üz tutsa da, hara getsə də,

Çıxmaz halallığın əhatəsindən.


Hər dəfə deyər ki soruşanlara,

Elin "sağoludur" mənim səmərəm,

Allah mənə versin, mən insanlara,

Mənim olmayanı mənimsəmərəm!


O bir ağsaqqaldır, onu el sevir,

İncidib qəlbini qırmaq günahdır,

Belə insanların diriykən evi,

Öləndə məzarı ziyarətgahdır.




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov