ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

GÖYDƏN ALMA DÜŞMÜR

Oxundu: 92

Sirr kimi saxlayıb sirri babalar,

Dur o nağılları harayla, çağır,

Bizi aldadıbdı Piri babalar,

Göydən alma düşmür, göydən daş yağır.


Gözündə intizar, qəlbində qubar,

Nə gündüz dincəlir, nə gecə yatır,

Kolxoz tarlasını bəzəyən qızlar

Kolxoz bazarında böyürtkən satır.


Libası da qara, qanı da qara,

Demə insafını atmağa gedir,

Hər səhər üz tutur "qara bazara",

Qara taleyini satmağa gedir.


Evində, ev nədir, xarabasında

Ehtiyac təpinib onu bezdirir,

Sürdüyü o uşaq arabasında

Satmaq istədiyi malı gəzdirir.


Gün keçib, ay ötüb, dolandıqca il,

Vətənə yad olur, eli unudur-

Həyatda yer tutmur yetişən nəsil,

Həyətdə yer tutur, tində yer tutur.


İlahi, bu qədər ahılın, gəncin

Yoxmu dolanmağa özgə əlacı,

Şikəsti dilənçi, sağı dilənçi,

Dünən əl tutan da bu gün əl açır.


Kotanı unudub, kəli unudub,

Torpaqdan biryolluq ayrılacaqdır,

İşlədən olmasa qolundan tutub,

Bu millət acından qırılacaqdır.


Sirr kimi saxlayıb sirri babalar,

Dur o nağılları harayla, çağır,

Bizi aldadıbdı Piri babalar,

Göydən alma düşmür, göydən daş yağır.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov