ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

SON İSTƏK

Oxundu: 167

Oğlumun evini görəydim dedin,

Bu istək səsləndi son nəfəsində,

Sən mənim evimi görmək istədin,

Bəxt sənə çox gördü öz evini də.


Sonuncu istəyin gözündə qaldı,

Necə rahat olum bu dünyada mən,

Bəlkə də cənazən qaldırılanda,

Sən elə bildin ki, bizə gedirsən.


Qanadım qırıldı, qolum qırıldı,

Niyə kül olmadım mən yana-yana,

Məni evinizə apar demişdin,

Səni qəbristana apardım, ana.


Sənin şərəfinə süfrə açmışdıq,

Düşmən də düşməsin biz düşən günə,

Orda nəvələrin gözləri yolda,

Burda başdaşılar qaçdı üstünə.


Ölüm ayağında son nəfəsində,

Oğlumun evini görəydim dedin,

Mən sənin qəbrini gördüm, ay ana,

Sən mənim evimi görə bilmədin.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov