ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ÖVLAD ÇİYNİ ATA ƏLİ ÜÇÜNDÜR

Oxundu: 179

Qürurlu insan da heç əyilərmi,

Ölüncə şax qaldı atamın qəddi,

İsti evimizi isti kürk kimi

Elə bil əynindən çıxarıb getdi.


Sığmadı dünyanın dərd miqyasına,

Həyat ürəyini odlara saldı,

Özü köçib getdi haqq dünyasına,

Əlləri elə bil çiynimdə qaldı.


Savabım bir oldu, günahım iki,

Çırpındım həyatın düyünlərində,

O mələk dediyin mələk deyil ki,

Atamın əlidir çiyinlərimdə.


Qara quyu kimi dərd məni udur,

Müşküllər kəsilir ömrümə qənim,

Bəzən yıxılıram, çiynimdən tutub

Atamın əlləri qaldırır məni.


Qıymır alovlarda qovrulam, bişəm,

Mənə ağır iş də çox yüngül gəlir:

Dyanır çiynimlə çiynimə düşən

Yükün arasında atamın əli.


Başımın üstündə ruhu keşişdə,

Çəkdiyi zülmlər eynimdən getmir,

Ayağının izi evdən-eşikdən,

Əlinin yeri də çiynimdən getmir.


Yaxın gəl, ay oğul, gendə dayanma,

Yaman kövrəlmişəm qəribə gündür,

Hərdən dost-tanış da əl qoyar, amma

Övlad çiyni ata əli üçündür.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov