ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Gəlinin yaxşısı..

Oxundu: 158
Ana həsrətinin varmış əlacı,
Fikrim həqiqidir, sözüm səmimi,
Gəlirəm üstünə, ay gəlinbacı,
Anamın üstünə gəldiyim kimi.

Yollar dirənəndə dalana, tinə,
Könlüm səadəti bu evdə tapır,
Əvvəlki mehrlə açılır yenə,
Əvvəlki ərk ilə örtülən qapı.

Xəyala dalıram mən yana-yana,
Qəlbim qəm sacında yuxalanıbdır,
Dayanıb arxası məzarıstana,
Bu ev anamıza arxalanıbdır.

Yayılır hər yana xoş nidaları,
Açılır aynası oğlun, qızın da,
Bu həyət-bacanın şən sədaları
Çatır qulağına anamızın da!

Atırsan özünü alova, oda,
Yalnız pərvanələr bu halı bilir,
Sənin əllərinin tumarını da,
Bu ev anamızın sığalı bilir.

Bəzən incitmişik əbəs yerə də,
Yoxuşlar yormusan, dağ aşmısan sən,
Özündən neçə yaş böyüklərə də
Ana qayğısıyla yanaşmısan sən.

Boğub hiddətini, boğub bir anda,
Keçmisən içindən dumanın, çənin,
Özün çoxlarından kasıb olsan da,
Ürəyin hər qəlbdən varlıdır sənin.

Burda bağ-bağat da səndən söz açır,
Həmişə beləcə gül-çiçəklə din,
Sənin analığın elə nur saçır,
Qamaşır gözləri körpəliyimin.

İnsafa bağlıdır iman da, din də,
Mərhəmət duyğusu qəlbini sarmış,
Gəlinin yaxşısı ata evində
Sən demə, bir nəslə ana olarmış.

...Ana həsrətinin varmış əlacı,
Fikrim həqiqidir, sözüm səmimi,
Gəlirəm üstünə, ay gəlinbacı,
Anamın üstünə gəldiyim kimi




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov