ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BİR HƏKİM GÖNDƏR DEYİRDİN.

Oxundu: 217

Yanına çağırıb məni bir axşam,

Söylədin: ay oğul dayanma gendə,

Görürsən yamanca naxoşlamışam,

Yanıma dərd bilən bir həkim göndər.


Anacan, sən elə sınıxmışdın ki,

İynədən-dərmandan yoxdu bir fayda,

Həkim göndərmirdim yanına sanki,

Ümid göndərirdim mən həkim boyda.


Çəkdiyim əzabı kim görmürdü, kim,

Bu dərd ağladırdı yaxını,yadı,

Səsini üstünə qaldıran həkim,

Əfsus ki, dərdinə "əl qaldırmadı".


Ölüm ayağında, son nəfəsində,

Gözünü üzümə zilləyib dedin:

Axır ki yanıma bu neçə gündə,

Dərd bilən bir həkim göndərənmədin.


Ürəyim partlayır o vaxtdan bəri,

Yamanca qıydılar canına sənin,

Məni eşitməyən bu həkimləri,

Allah göndərəcək yanına sənin. 


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Yanvar 2026    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov