ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ANAM XƏSTƏLƏNİB

Oxundu: 74

Anam xəstələnib, anam nə gündə,

Gözümün önündə saralır anam,

Bu zəif harayda, boğulan ündə,

Məndən uzaqlaşır analı dünyam.


Boğub istəyini, həvəsini də,

Anam arzuların o tayındadır,

Daha əzizləmir nəvəsini də,

Daha öz canının harayındadır.


Bu dərdin əlindən qocalıram mən,

Gəncliyim üz tutur o bir Allaha,

Anam böyrü üstə düşdüyü gündən,

Şadlıq evimizi tərk etmiş daha.


Ürəyim dözməyir kimsəsizliyə,

Ana sözündədir dünyanın dadı,

Anamın gözündən düşəndə, niyə,

Bu dünya şüşə tək parçalanmadı?!



 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov