ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

DÜNYA NİYƏ DAĞILMASIN

Oxundu: 184

Azı quru, çoxu sudu,

Dünya niyə dağılmasın,

Ərzin nimdaş çuxasıdı,

Dünya niyə dağılmasın?!


Adına min nağıl dedik,

Xəbis dedik, paxıl dedik,

Addımbaşı "dağıl!" dedik

Dünya niyə dağılmasın?!


Bəşərin qürub çağıdı,

İnsan insana yağıdı,

Hərə bir yandan dağıdır,

Dünya niyə dağılmasın?!


Həyat inək döşü, baxın,

Süd yelnini deşib axır,

Biri əmir, beşi baxır,

Dünya niyə dağılmasın?!


Ac ürəyin axmasıdı,

Düşünmə yağ yaxmasıdı,

Yetim-yesir daxmasıdı,

Dünya niyə dağılmasın?!


Əziz, su tək axır zaman,

Ağır gündü, ağır zaman,

Yetişibsə axırzaman,

Dünya niyə dağılmasın?!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov