ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Tərk edir cavanlıq, tərk edir məni

Oxundu: 214
Yaşıllıq çəməni tərk edən kimi,
Çiçək yasəməni tərk edən kimi,
Novruzu səməni tərk edən kimi,
Tərk edir cavanlıq, tərk edir məni.

Gözümdə son damla yaş olub gedir,
Sinəmdə bir parça daş olub gedir,
Uçan durnalara qoşulub gedir,
Tərk edir cavanlıq, tərk edir məni.

Dağın çən köynəyi sökülən sayaq,
Yarpaqlar saralıb tökülən sayaq,
Dalğalar sahildən çəkilən sayaq,
Tərk edir cavanlıq, tərk edir məni.

Axan ulduzlar tək sönür ömür-gün,
Taxtından-tacından enir ömür-gün,
Bostan urasına dönür ömür-gün,
Tərk edir cavanlıq, tərk edir məni.

Qürubun qızıla boyanan çağı,
Kövrək duyğuların oyanan çağı,
Göstərib sonuncu dayanacağı,
Tərk edir cavanlıq, tərk edir məni.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov