ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

QÜRBƏT ÇİÇƏKLƏRİ

Oxundu: 179

Düşsə də gündə yüz kərə

Saca dünyanın əlindən,

Çiçəklər çəkməz əlini

Qoca dünyanın əlindən.


Zülmü də qarğımaz onlar,

Tanrının payıdır deyə,

Bitərlər üzü Vətənə, 

Gedənlər qayıdar deyə.


Lələnin yurdu boş qalıb,

Ellər daşınıb gedibdi,

Yollar da pişiklər kimi

Köçə qoşulub gedibdi.


Boylanıb gedər-gəlməzə,

Çiçəklər dərddən əriyər,

Qönçələr partlayar bir-bir,

Qönçələr şair ürəyi.


Qorxuram dağların döşü

Əbədi möhnət qoxuya,

Can verə millətin ruhu,

Çiçəklər Yasin oxuya...




 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov