ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

VƏTƏN OĞLU

Oxundu: 168

Hər nida könlümün bir iniltisi,

Hər kəlmə gözümün bir giləsidir,

Getsən də ömürlük tərk edib bizi,

Əksin hər ürəyə çəkiləsidir.


Yurdumun əbədi bir çırağısan,

Sönməz işığında sabah görünür,

Qəhrəman xalqımın sinə dağısan,

Bu dağda keçilməz günah görünür.


Əyilməz olmusan polad kimi sən,

Heyranam qəlbində yanan niyyətə,

Çıxıb zaman-məkan ölçülərindən

Artıq qovuşmusan əbədiyyətə.


Kənara düşərmi meyvə kökündən,

Ha dedik öz ömür bağını qoru,

Dahilər dünyadan köçdüyü gündən,

Keçmirmi tarixin qəm ekvatoru?!


Çiçəkdir məzarın üstünə yağan,

Alqış bu şöhrətə, şana deyirəm,

Xoşbəxtəm, sənin tək bir oğul doğan,

Vətənə üz tutub ana deyirəm.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov