ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Sevinə-sevinə öləcəyəm mən.

Oxundu: 250

Zülmün pəncəsindən qurtulmaq üçün

Ölümü qənimət biləcəyəm mən,

Dünyada ilk insan olacağam ki,

Əcəlin üzünə güləcəyəm mən.


Ruhum sağ qalacaq, ölsə də bədən,

Bəs nədir narahat könlümü didən,

Axirət yükümü heç tələsmədən

Rəhmətə, lənətə böləcəyəm mən.


Gedirəm başımda duman-çənimlə,

Boşalan deyil ki dünya mənimlə,

Ağlayan kəslərin ağ kəfənimlə

Gözünün yaşını siləcəyəm mən.


Ortaq olacağam qayğılarına,

Sığal çəkəcəyəm duyğularına,

Məni deyənlərin yuxularına

Müjdələr gətirib gələcəyəm mən.


Mirdamət, küləklər dönsə də neyə,

Dostlarım qalsa da qəm yeyə-yeyə,

Anam o dünyada gözləyir deyə

Sevinə-sevinə öləcəyəm mən.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Oktyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov