ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

MƏN TƏLƏBƏYƏM

Oxundu: 143

Məqbulmu vermişəm imtahanları,

Yəni doğurdanmı, mən tələbəyəm,

Anacan, versənə göz aydınlığı,

Ay ata, bilmirsən sən hələ bəyəm - 

                                    Mən tələbəyəm?!


Ürəyim sevinclə çırpınır bu dəm,

Yaxın düşə bilməz mənə kədər, qəm,

Zirvəyə can atan bir alpinistəm,

Çəkilsin yolumdan çən, tələbəyəm - 

                                    Mən tələbəyəm!


Güvəncim, dəstəyim elimdən gəlir,

Oxuyub-öyrənmək əlimdən gəlir,

Ən şirin nəğmələr dilimdən gəlir,

Ömrü çal-çağırlı, şən tələbəyəm - 

                                    Mən tələbəyəm!


Könlüm "Yurd yerinə işıq saç" deyir,

Qarnım ac olsa da, gözüm ac deyil,

Xalq üçün sadəcə ehtiyac deyil,

Ömür tələbiyəm, gün tələbiyəm - 

                                    Mən tələbəyəm!


Sizdən nə gizlədim, belə də olur,

Kəsir bilmədiyim suallar yolu,

Elə kövrəlirəm, gözlərim dolur,

Gah uğursuz addım, gah qələbəyəm - 

                                    Mən tələbəyəm!


Hər işdə, əməldə diri olmağa,

Dostların istinad yeri olmağa,

Sabah beş adamın biri olmağa

Aparan ən çətin mərhələdəyəm - 

                                    Mən tələbəyəm!


Mən də bu yerlərin bir baharıyam,

Elimin-günüm iftixarıyam,

Nurlu əməllərin bayraqdarıyam,

Uğurlu sabaham, xoş gələcəyəm

                                    Mən tələbəyəm,

                                    Mən tələbəyəm!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    İyun 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov