ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

ANAM GƏLMƏDİ-GƏLMƏDİ

Oxundu: 176

Bağlamayın qapıları,

Anam gəlmədi, gəlmədi,

Yol üstünə çıxın barı,

Anam gəlmədi, gəlmədi.


Yaman tutdu bizi qarğış,

Söndü çıraq, yatdı naxış,

Çaxan şimşək, yağan yağış,

Anam gəlmədi, gəlmədi.


Dur ay oğlan, tərpən ay qız,

Bacısınız, qardaşsınız,

Dəmirsiniz ya daşsınız,

Anam gəlmədi, gəlmədi.


Gecə düşür... dözərmi tək,

Çırpınır köksümdə ürək,

Ya o gəlsin, ya biz gedək,

Anam gəlmədi, gəlmədi.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov