ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

Haqq yolundan ayırma

Oxundu: 238
Tora yönəldirsən, tora gedirəm,
Gora yönəldirsən, gora gedirəm,
Hara yönəldirsən, ora gedirəm,
Tanrım, haqq yolundan ayırma məni,
Öz parlaq yolundan ayırma məni.

De, hansı bəndənin paxırı olmur,
Hansı yaranmışın fağırı olmur,
Dalanın-döngənin axırı olmur,
Tanrım, haqq yolundan ayırma məni,
Öz parlaq yolundan ayırma məni.

Əlimdən bir kimsə inciməyibdir,
Dilimdən bir kimsə inciməyibdir,
Könlümdən bir kimsə inciməyibdir,
Tanrım, haqq yolundan ayırma məni,
Öz parlaq yolundan ayırma məni.

Zəmini quş basar, dəni tapmaram,
Yığışdır çiskini, çəni, tapmaram,
Bir ömür yol gəlib səni tapmaram,
Tanrım, haqq yolundan ayırma məni,
Öz parlaq yolundan ayırma məni.

Yaşaram bu yolun yaddaşında mən,
Hər kəsəyində mən, hər daşında mən,
O başında sənsən, bu başında mən,
Tanrım, haqq yolundan ayırma məni,
Öz parlaq yolundan ayırma məni



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Dekabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov