ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

OLMASIN

Oxundu: 95

Elimi-obamı salamat görüm,

Şikəstim olmasın, şilim olmasın,

O kəsdən çəkinim, qorxum ki barı

Dəvəsindən böyük filim olmasın.


Xəbis kəc baxmasın mənə kəl kimi,

Kəsməsin yolumu bir heykəl kimi,

Gözüm hüzurunda kölgəlidimi,

Sözümü diməyə dilim olmasın?!


Sevinin, sevənlər çoxsa dünyada,

Hər gözdən bir günəş doğsa dünyada,

Məndən gül istəyən yoxsa dünyada,

Əl atım, üzməyə gülüm olmasın.


Sözlərim bar tutur, dərsin insanlar,

Əsl qiymətini versin insanlar,

 Əlimin xeyrini görsün insanlar,

Xeyirsiz işlərdə əlim olmasın.


Qapımda qonaq var, süfrəmdə çörək,

Qürurla çırpınır sinəmdə ürək,

Əvvəli-axırı nəyimə gərək,

Ömrün ortasında ölüm olmasın.



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Noyabr 2024    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov