ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

YAXŞI Kİ, DÜNYADA AYRILIQ VARMIŞ

Oxundu: 185

Solmazdıq baharın həsrətində biz,

Payız olmasaydı, qış olmasaydı,

Sevinc barəsində düşünərdikmi,

Ağlayan gözlərdə yaş olmasaydı?!


Biri-birimizi sevirdikmi heç,

Sınaya bilmirik məhəbbəti biz,

Onda ki, ayrıldıq bir payız günü

Sandıq, itirmişik səadəti biz.


Yaxşı ki, dünyada ayrılıq varmış,

Odur qəm yolunda qırmızı işıq,

Ayrılıq qəhrini çəkdiyimizdən

Bəlkə də bu qədər yaxınlaşmışıq.


Bilməkçin qədrini bəxtəvərliyin,

Eşqində bircə yol gör ayrılığı,

Amma bir kimsəyə arzulamıram

Mən sonu olmayan bir ayrılığı!


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov