ANA SƏHİFƏ     |     HƏYAT VƏ YARADICILIĞI     |     VİDEOLAR     |     ƏLAQƏ
1998-Cİ İL
2000-Cİ İL
2002-Cİ İL
2017-Cİ İL
Şeirlərin arxivi
Yanvar 2021 (8)
Noyabr 2019 (2)
Oktyabr 2019 (16)
Avqust 2019 (6)
May 2019 (25)
Mart 2019 (7)



 

BARIŞDIR BİZİ

Oxundu: 161

Mən unut deyirəm, ürək unutmur,

Daha ürəyimdən küsmüşəm, gülüm,

Ürəklə dostluğu, mehribanlığı

Qəzəb qayçısıyla kəsmişəm, gülüm!


Mənalı-mənasız günlər ötüşür,

Az qalır, gözümdə qəm çiçəkliyə,

Köksümdə ürəyim yadıma düşür,

Gözüm sataşanda bir ürəkliyə.


Ağardı dan yeri, səhər deyilmi,

Qarışıq saçımda barmağım daraq,

Ürəyim peşiman bir uşaq kimi

Barışmaq istəyir, sızıldayaraq.


Ürəksiz yaşamaq... De, mümkünmü bu,

Bunu necə dedim, qurusun dilim,

Ürəklə dostluğu, mehribanlığı

Mən sənin üstündə kəsmişəm, gülüm!


Bilirsən, ürəklə çarpışmaq əbəs...

Atma insafını getmə uzağa,

Hələ ki, gec deyil, əzizim tələs,

Məni ürəyimlə barışdırmağa.


 



 

 

Bölmələr
Diqqət!
  • Şeirləri müəllifinə aid olduğunu yazmadan yayımlamaq qadağandır!
    Şeir və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bütün oxuculara təşəkkü edirik!!!
  • Çox oxunanlar
    Təqvim
    «    Sentyabr 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Sayğac
     
    Bütün hüquqlar qorunur © 2013-2021
    Designed by: Ülvi Əzizov